Avstriya kansleri istefa verəcək
Dünya
05.01.2025 00:31
Sosial Demokratlar Partiyası
(SDPA) ilə koalisiya hökumətinin yaradılması üzrə danışıqların nəticəsiz
qalmasından sonra Avstriya Xalq Partiyasının (ANP) kansleri Karl Nehammer
istefa verəcəyini vəd edib.
TodayPress xəbər verir ki, bu barədə o, "X"də dərc olunan
videomüraciətində bildirib.
O, hakimiyyətin
rahat keçidini təmin etməklə yanaşı, yaxın günlərdə Federal Kansler və Avstriya
Xalq Partiyasının sədri vəzifəsini tərk etmək qərarından danışıb.
"Danışıqlar
başa çatdıqdan sonra mən aşağıdakıları edəcəm: yaxın günlərdə federal kansler
və ANP-nin rəhbəri vəzifəsindən istefa verəcəyəm və nizamlı keçidi təmin
edəcəyəm" Nehammer bildirib.
tag: Avstrya, ANP, Kansler, Karl, Nehammer, todaypress.az,