Avstraliyada meymunçiçəyinə yoluxma halları kəskin artdı

Dünya

16.08.2024 09:46

Avstraliyanın ən böyük ştatı olan Yeni Cənubi Uelsin Səhiyyə Nazirliyi mpoxa (meymunçiçəyi) yoluxanların sayının kəskin artdığını bildirib.

TodayPress xəbər verir ki, təkcə son iki ayda ştatda 93 yeni yoluxma halı qeydə alınıb. 

Səhiyyə departamentinin direktoru Ceremi Makanultinin sözlərinə görə, Avstraliyada tapılan ştam digər ölkələrdə, xüsusən də Afrikada olan ştamlardan fərqlidir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, virus insanlara gəmiricilər və primatlar kimi vəhşi heyvanlardan keçir və onun insandan insana ötürülməsi yolu yayılması məhduddur.

tag: Səhiyyə, Ceremi Makanulti, Avstraliya,Ümumdünya Səhiyyə Təşkilatı ,Meymunçiçəyi Xəstəliyi, todaypress.az,