Avstraliyada iki təyyarə toqquşdu, ölənlər var

Dünya

26.10.2024 11:20

Sidneydən 80 km cənub-qərbdə yerləşən Oakdeyl şəhərində iki yüngül motorlu təyyarənin havada toqquşması nəticəsində 3 nəfər ölüb.

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polis idarəsi məlumat yayıb.

“Hazırda polis əməkdaşları hadisə yerində işləyir, qəzanın baş verdiyi əraziyə giriş məhdudlaşdırılıb” məlumatda bildirilib.

Hadisənin baş vermə səbəbləri və şəraiti araşdırılacaq.

tag: Sidney, Oakdeyl, Yeni Cənubi Uels, Polis, Hadisə, todaypress.az,