Avstraliyada güclü zəlzələ baş verdi

Dünya

30.04.2025 11:05

18

Avstraliyanın Makkuari adası yaxınlığında güclü zəlzələ qeydə alınıb.

TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) saytında məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların gücü 6,8 bal təşkil edib.

Təbii fəlakətin episentri Tasmaniya ştatının paytaxtı Hobart şəhərindən təxminən 1400 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı isə 10 kilometr dərinlikdə olub.

Hazırda dağıntı və insan itkisi barədə məlumat yoxdur.

Türkan İsgəndərli

tag: Avstraliya,Zəlzələ,Avropa,Təbii fəlakət,todaypress.az,