Avstraliya sualtı qayıqların modernləşdirilməsinə start verdi
Dünya
27.07.2024 12:02
Avstraliya höküməti “Collins” sinifli sualtı qayıqlarını təkmilləşdirmək üçün dövlətə məxsus sualtı qayıq istehsalçısı ilə 2,2 milyard Avstraliya dolları (1,4 milyard ABŞ dolları) dəyərində dörd illik müqavilə imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə Avstraliya müdafiə sənayesi naziri Pat Conroy məlumat yayıb.
Onun sözlərinə görə, müqavilə birbaşa 1100-dən çox yüksək ixtisaslı işçi üçün iş təhlükəsizliyini təmin edəcək və iş Qərbi Avstraliyanın Henderson və Cənubi Avstraliyanın Osborn bölgələrində aparılacaq.
Töhfə Səməd
tag: Avstraliya, Collins, ABŞ,Henderson, Pat Conroy, todaypress.az,