Avstraliya müttəfiqlərinə xəbərdarlıq etdi

Dünya

12.08.2024 10:08

1618

Avstraliya bir sıra ölkələri dövlətin daxili işlərinə qarışmaqda ittiham edib.

TodayPress xəbər verir ki, bu barədə Avstraliya Təhlükəsizlik Kəşfiyyat Xidmətinin (ASBI) rəhbəri Mayk Burqess "ABC News"a müsahibəsində danışıb. 

Onun sözlərinə görə, söhbət ən azı üç ölkədən gedir. Burqess sözügedən ölkələrin adlarını sadalamayıb, lakin müdaxilənin dayanmayacağı təqdirdə onların siyahısını açıqlamalı olacağı barədə xəbərdarlıq edib.

"Onlardan bəziləri sizi təəccübləndirəcək, çünki onlar bizim müttəfiqlərimizdir" deyə o qeyd edib. 

Günəş Mərd

tag: Avstraliya, Burqess, Təhlükəsizlik, Müttəfiqlər, todaypress.az,