Avstraliya Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edəcək

Dünya

20.11.2024 14:45

Avstraliya Kiyevdə yenidən səfirlik açmağa hazırlaşır. 

TodayPress xəbər verir ki, bu barədə Avstraliyanın müdafiə naziri Riçard Marles “ABC” radiosunda məlumat verib.

“Avstraliya hökuməti Ukraynada səfirlik açmaq niyyətindədir. Müharibə bölgəsində açacağımız səfirlikdə işləyən hər kəsin təhlükəsizliyinin qorunacağına əminik” deyə Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Qeyd edək ki, Avstraliyanın Kiyevdəki səfirliyi Rusiya-Ukrayna müharibəsi fonunda 13 fevral 2022-ci ildə təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən bağlanıb. 

Günəş Mərd

tag: Avstraliya ,Kiyev,Səfirlik,Ukrayna,Rusiya,todaypress.az,