Avstraliya ilk dəfə ABŞ raketindən istifadə etdi

Dünya

10.12.2024 13:55

1987

Avstraliya ilk dəfə Amerika istehsalı olan “Tomaqavk” raketini buraxıb. 

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.

Bununla da Avstraliya ABŞ və Böyük Britaniyadan sonra adı çəkilən raketdən istifadə edən üçüncü ölkə olub.

2023-cü ilin martında “Associated Press” xəbər vermişdi ki, ABŞ AUKUS müdafiə tərəfdaşlığı çərçivəsində Avstraliyaya “Tomaqavk” raketlərinin satışını dəstəkləyib.

Töhfə Səməd

tag: Avstraliya, ABŞ, Raket, AUKUS, todaypress.az,