Avropanın qaz ehtiyatları 70%-dən aşağı düşdü
Dünya
07.01.2025 13:50
Avropanın yeraltı anbarlarında (UGS) qaz ehtiyatları 70%-dən aşağı düşüb.
TodayPress xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" (GIE) məlumat yayıb.
Qaz ehtiyatlarının yüksək istehlak dərəcəsinə baxmayaraq, Avropada vəziyyət hələ də kritik və fəlakətli hesab olunmur.
Aİ üçün ən problemli dövr 2018 və 2022-ci illər idi ki, o zaman yazda istilik mövsümünün sonunda anbarlardakı ehtiyatlar müvafiq olaraq 18% və 26%-dən aşağı kritik səviyyələrə düşmüşdü.
İndi Avropada UGS obyektləri 69,94% doludur ki, bu da "problemli" illərin analoji göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir. Eyni zamanda, 2024-cü ilin yanvar ayında ehtiyatlar 85%-i ötüb, 2025-ci ilin əvvəlində isə anbarlardan qazın çəkilmə sürəti dekabrın sonundakı səviyyədə qalıb. Həftənin sonuna qədər bölgələrdə havanın tempraturunun daha çox aşağı düşməsi gözlənilir ki, bu da qaz istehlakını artıra bilər.
Avropada istilik mövsümü 2024-cü il oktyabrın 29-da (son payız-qış mövsümündən 10 gün tez) başlayıb və həmin andan etibarən Aİ ölkələri 30 milyard kubmetrdən çox anbardan qaz çıxarıblar.
Töhfə Səməd
tag: Avropa ,Qaz, Ehtiyyatları ,İstilik ,todaypress.az,