Avropanın beş ölkəsinin müdafiə nazirləri Berlində görüşəcək

Dünya

22.11.2024 23:53

Böyük Britaniya, İtaliya, Polşa, Fransa və Almaniyanın müdafiə nazirləri noyabrın 25-də Berlində görüşəcəklər.

TodayPress xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

"Noyabrın 25-də Fraansanın müdafiə naziri Sebastien Lecornu Böyük Britaniya, İtaliya, Polşa, Fransa və Almaniyanın iştirak etdiyi beştərəfli formatda nazirlərin görüşündə iştirak etmək üçün Berlinə gedəcək" nazirlik bildirib.

Məlumata görə, gündəlikdəki mövzular açıqlanmayıb. Lakin açıqlamada  iclasdan sonra mətbuat konfransı keçiriləcəyi bildirilib.

Aynur TAC

tag: İtaliya, Berlin, Britaniya, Almaniya, Polşa, Fransa, todaypress.az,