Avropanın 3 ölkəsi Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yaydı

Dünya

12.08.2024 12:08

2720

Fransa, Almaniya və Böyük Britaniya Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayaraq, İran və müttəfiqlərini "regional gərginliyi daha da artıracaq və atəşkəs və girovların azad edilməsi ilə bağlı razılıq əldə etmək imkanını təhlükə altına salacaq hücumlardan çəkinməyə" çağırıb.

TodayPress xəbər verir ki, Avropa liderləri Qətər, Misir və ABŞ-nin atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşma istiqamətində bu ölkələrin fəaliyyətini təqdir ediblər:

"Biz Şeyx Təmim bin Həməd əl Tani, prezident Sisi və prezident Baydenin danışıqların dərhal bərpasına çağıran birgə bəyanatını dəstəkləyirik. Bununla bağlı əlavə gecikmənin olmamasını dəstəkləyirik. Biz gərginliyin qarşısını almaq üçün bütün tərəflərlə işləyirik və gərginliyi azaltmaq və sabitliyə aparan yol tapmaq üçün səylərimizi əsirgəməyəcəyik”. 

Sonda qeyd olunub ki, döyüşlər dərhal başa çatmalı və HƏMAS tərəfindən hələ də saxlanılan bütün girovlar azad edilməlidir.

tag: Fransa, Almaniya, Italiya, Bəyanat,HƏMAS, todaypress.az,