Avropada qazın qiyməti 14 aydan sonra 550 dolları ötdü
Dünya
30.01.2025 05:45
Birja ticarəti zamanı Avropada qazın
qiyməti uzun müddətdən sonra 1 000 kubmetr üçün 550 ABŞ dolları səviyyəsini
ötüb.
TodayPress xəbər verir ki, bunu London ICE birjasının
məlumatları göstərir.
Məlumata görə, günün əvvəlindən 6 %-ə yaxın artım qeydə
alınıb və 15 noyabr 2023-cü il tarixindən bəri ilk 550 dollar səviyyəsi
üstələnib.
Belə ki, Niderlandın TTF qovşağında fevral fyuçerslərinin
qiyməti 1 000 kubmetr üçün 552 dollara və 51,24 avro MVt/saata (avro-dolların
cari məzənnəsinə əsasən, ICE qiymətləri MVt/saat üçün avro ilə təqdim olunur)
qalxıb.
tag: Avropa, Qaz, ABŞ, Dollar, TTF,London, todaypress.az,