Avropada qaz hasilatı yüksək həddə çatdı
Dünya
23.01.2025 13:58
Avropada gündəlik qaz hasilatı 1 milyard kubmetri keçib.
TodayPress xəbər verir ki, bu barədə Avropanın Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) məlumat yayıb.
Bildirilib ki, Avropanın yeraltı qaz anbarlarından (UGS) qaz götürülməsi 2021-ci ildən bəri ilk dəfə olaraq 1 milyard kubmetr həddini keçib.
Beləliklə, bölgədə qazın çəkilmə sürəti yanvar ayı üçün üçüncü ən yüksək göstəriciyə çatıb.
Həmçinin cari istilik mövsümü başlayandan Avropa İttifaqı (Aİ) ölkələri ümumilikdə 43 milyard kubmetrdən çox yanacaq istehlak edib.
2025-ci ildə yanvarın ortalarına qədər üç Avropa ölkəsində yeraltı qaz anbarlarında yanacaq ehtiyatları 50 %-dən aşağı düşüb.
Fransada bu rəqəm 49,24 %, Xorvatiyada isə 47,74 % olub.
Ən aşağı göstərici Niderlandda (47,58 faiz) qeydə alınıb
Qeyd edək ki, yeraltı qaz anbarlarının doluluq səviyyəsinə görə isə liderlər Portuqaliya, İsveç və İspaniya olub.
Nicat Osman
tag: Qaz,Yanacaq,Avropa,Hasilat,Todaypress.az,