Avropada koronavirusun yeni variantı yayıldı
Dünya
19.09.2024 06:22
Avropa ölkələrində
koronavirusunun yeni alt növü “XEC” yayılmağa başlayıb. Epidemioloqların
fikrincə, bu alt növ dominantlardan birinə çevrilə bilər.
TodayPress xəbər verir ki, “XEC” ilk
dəfə yayın əvvəlində Almaniyada qeydə alınıb, ardınca 11 Avropa ölkəsinə
yayılıb.
“XEC” alt növü
virusun iki fərqli variantının birləşməsidir. Onlar genetik məlumatlarını
qarışdıraraq virusun yeni variantını yaradırlar.
Bu, hazırda koronavirusun
tamamilə dominant forması olan “omikron”un alt variantıdır.
Virus daim
insanlarda immunitet vəziyyətinə uyğunlaşan yeni mutasiyalar əmələ gətirir. “XEC”də
onun əvvəlki variantlara yoluxmuş şəxslər arasında daha asan yayılmasına imkan
verən dəyişikliklər var.
Tibb
ekspertlərinin sözlərinə görə, “XEC” əvvəlki variantlardan daha təhlükəli
olduğuna, həmçinin, peyvənd sayəsində əhalinin ciddi ağırlaşmalardan yaxşı
qorunduğuna dair heç bir əlamət yoxdur.
tag: XEC, Koronovirus, COVİD19, Virus, Ştamp, Omikron, todaypress.az,