Avropada Çin elektrik avtomobillərinin satışı iflas etdi

Dünya

30.09.2024 18:30

Avropada Çinli avtomobil istehsalçıları avqust ayında son 18 ayın ən pis elektrik avtomobil satışlarını qeydə alıblar. 

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə satışlar 48 faiz aşağı düşüb.

Ən pis vəziyyət Çinin “SAIC Motor” şirkətinə məxsus olan Britaniya brendi “MG”dədir. O ümumilikdə 65 faiz geriləyib. 

Bildirilib ki, Çin elektrik avtomobillərinin idxalına əhəmiyyətli dərəcədə mənfi təsir göstərən amil Aİ-nin ilkin tarifləri və bununla bağlı qeyri-müəyyənliyin mövcud olmasıdır. 

Çinin “Chery” markası artıq İspaniyada elektromobillərin istehsalına başlanılmasını təxirə salıb. 

Töhfə Səməd

tag: Çin, Elektrik Avtomobiller ,İspaniya ,Aİ ,Chery ,todaypress.az,