Avropa Yaxın Şərqdən dizel alışını artırır
Dünya
19.09.2024 17:16
Sentyabrda Avropa İttifaqı və Böyük Britaniyaya dizel yanacağının idxalı son 17 ayda maksimuma çata bilər.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Analitik firması “Kpler”in məlumatına görə, Avropa regionuna dizel və benzin tədarükü gündə təxminən 1,36 milyon barel olacaq.
Qeyd olunub ki, bu artım Yaxın Şərqdən artan dizel tədarükü hesabına baş verib.
Sentyabrda ABŞ-nin tədarükünün gündəlik təqribən 409 min barrelə düşəcəyi, Yaxın Şərqdən idxalın isə gündəlik 664 min barrelə qədər artacağı gözlənilir.
BƏƏ və Omandan tədarüklər isə 2017-ci ilin əvvəlindən bəri ən yüksək səviyyəyə çata bilər.
Günəş Mərd
tag: Avropa ,Kpler, Dizel, ABŞ, BƏƏ, Yaxın Şərq, todaypress.az,