Avropa və ABŞ İrana qarşı sanksiyalara hazırlaşır

Dünya

09.09.2024 15:42

İran Rusiyaya qısa mənzilli ballistik raketlər göndərdiyi üçün Avropa və ABŞ bu ökəyə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. 

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Vaşinqton İnstitutunun baş elmi işçisi Fərzin Nadiminin sözlərinə görə, Rusiyanın İranın ballistik raketlərinə çıxışı mülki əhalini məhv edə bilər və bu, münaqişədə dönüş nöqtəsidir.      

O, qeyd edib ki, bu raketlərdən bəziləri Ukraynanın dəmiryol stansiyaları kimi mühüm hədəflərini vurmaq üçün kifayət qədər mənzilə sahib olacaq.

“Bloomberg” qeyd edib ki, Rusiya ilə dərinləşən tərəfdaşlıq, İranı Qərbdən daha da təcrid edə və artıq böhran vəziyyətində olan iqtisadiyyatı pisləşdirə bilər. 

Xatırladaq ki, G7  artıq Rusiyanı silahla təmin etdiyinə görə İran və Şimali Koreyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.  

Günəş Mərd

tag: İran,Rusiya,Ballistik,Raket,Avropa ,ABŞ,Sanksiya,Fərzin Nadimi,G7 ,Qərb,todaypress.az,