Avropa Ukraynaya yardımda ABŞ-ni əvəz edə bilməyəcək
Dünya
29.11.2024 10:06
Yeni seçilmiş ABŞ prezidenti Donald Tramp Ağ Evin hazırkı administrasiyasının Kiyevə yardımını məhdudlaşdırmaq qərarına gələrsə, Avropa artan müdafiə xərcləri fonunda Ukraynaya kömək etməkdə ABŞ-ni əvəz edə bilməyəcək.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
“Avropa nə etsə də, konsensus ondan ibarətdir ki, o, tezliklə ABŞ-ni əvəz edə bilməyəcək” nəşr bildirib.
Agentlik yazıb ki, Kiyevin Avropadakı müttəfiqləri, artıq öz müdafiə və silahlanma ehtiyaclarını ödəmək üçün mübarizə aparırlar, əgər Birləşmiş Ştatlar Ukraynaya yardımını azaltsa, hələ də boşluğu doldurmalı olacaqlar.
“Bloomberg” xatırladıb ki, yeni seçilmiş prezident Tramp yanvar ayında vəzifəyə başlayan kimi müharibəni dərhal dayandıracağını deyib. Bu, ABŞ-nin Kiyevə dəstəyi azalda biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub.
Günəş Mərd
tag: ABŞ, Ukrayna, Avropa, Kiyev, Tramp, todaypress.az,