Avropa Ukraynaya sülhməramlı göndərəcək
Dünya
23.01.2025 12:12
Avropa ölkələri arasında maliyyə çatışmazlığı onları Ukraynaya qoşun göndərməyə məcbur edə bilər.
TodayPress xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Qəzet yazır ki, hazırda Avropa dövlətləri maliyyə çatışmazlığı yaşayır. Ukraynada sülhməramlı qoşunların yerləşdirilməsi Kiyevə milyardlarla dollarlıq hərbi yardımın müddətsiz verilməsindən daha sərfəli alternativ ola bilər.
Əvvəllər Ukrayna ilə Rusiya arasındakı demarkasiya xəttinə sülhməramlı qüvvələrin göndərilməsi ilə bağlı təkliflər var idi, lakin bu, atəşkəsdən sonra üçün planlaşdırılmışdı. Bir sıra dövlət başçıları artıq bu məsələ ilə bağlı müzakirələrə başlayıb.
Töhfə Səməd
tag: Avropa ,Ukrayna,Ukrayna ,Rusiya,todaypress.az,