Avropa Ukraynaya dəstəyini açıqladı
Dünya
24.08.2024 11:55
“Avropa həmişə Ukraynanın yanında olacaq, çünki Ukrayna elə özü Avropadır”.
TodayPress xəbər verir ki, bu sözləri Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen "X" sosial şəbəkə hesabında yazıb.
Lyayen, Ukraynanı Müstəqillik
Günü münasibətilə təbrik edərək bu ölkəyə dəstəyini açıqlayıb:
"Sizin azadlığınız bizim
azadlığımızdır. Sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimizdir. İlk gündən
sizinləyik və nə qədər lazımdırsa, bunu davam etdirəcəyik. Dostlarımıza qürurlu
Müstəqillik Günü arzulayıram".
Töhfə Səməd
tag: Avropa ,Ukrayna,Ursula fon der Lyayen,Müstəqillik Günü ,todaypress.az,