Avropa Ukraynanın NATO-ya daxil olması üçün şərt qoydu
Niderlandın müdafiə naziri Ruben Brekelmans Ukraynanın NATO-ya üzvlüyü üçün təklif edilən şərtləri şərh edib.
TodayPress xəbər verir ki, onun sözlərini “Reuters” agentliyi sitat gətirib.
Brekelmans Ukraynanın NATO-ya daxil olması şərtini irəli sürüb və bunun Kiyevin korrupsiya üzərində qələbəsi ilə mümkün olduğunu vurğulayıb. O, həmçinin ölkənin alyansa daxil olarkən rəhbər tutacağı müvafiq meyarların formalaşmasına çağırıb. Əks halda, Ukraynanın dəvət olunması ilə bağlı qərar qəbul etmək çətin olacaq.
Töhfə Səməd
tag: NATO, Ukrayna, Avropa, Niderland,Ruben Brekelmans, todaypress.az,