Avropa sülhməramlıları Ukraynaya missiya göndərəcək?
Dünya
29.01.2025 10:35
Bundestaqın Səhra Vaqenknecht Səbəb və Ədalət Birliyi (BSW) partiyasından olan deputatı Andriy Hunko Avropa sülhməramlılarının Ukraynaya missiya göndərilməsinin mümkünlüyü məsələsini qaldırıb.
TodayPress “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə deputatın Almaniya hökumətinə müraciətində deyilir.
“Federal hökumət yüksək risklərə baxmayaraq, Avropanın “sülhməramlıları” adlandırılan qüvvələrin Ukraynaya göndərilməsini mümkün atəşkəsi təmin etmək və ya saxlamaq üçün nə dərəcədə münasib hesab edir və Bundesverin belə bir xarici hərbi əməliyyatda iştirakını nəzərə alırmı?" Hunkonun parlament sorğusunda deyilir.
Töhfə Səməd
tag: Ukrayna,Avropa,Rusiya,müharibə,Dünya,todaypress.az,