Avropa qışa hazır deyil

Dünya

27.11.2024 15:09

Avropa qitəsi son iki ilin ən soyuq qışını yaşayır. 

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Avropa Orta Menzilli Hava Proqnozları Mərkəzinin məlumatlarına əsasən, dekabrdan mart ayına qədər Avropada temperatur son iki ildə müşahidə olunan səviyyədən xeyli aşağı düşəcək. Havaların soyuq keçməsi artıq kifayət qədər bahalaşan qaz və elektrik enerjisinin qiymətlərinin daha da artmasına şərait yaradacaq.

Bundan başqa, ən aşağı temperaturun cənubda - İtaliya və Balkanlarda olması gözlənilir.

"Eurostat"ın məlumatına görə, Avropa İttifaqı üçüncü rübdə Rusiya qazının alınması xərclərini 150 faiz artırmalı olub. 

"Bloomberg"in köşə yazarı Xavier Blas isə hesab edir ki, Brüssel Rusiya enerjisindən asılılıq problemini aradan qaldırdığına inanmaqla sadəcə özünü aldadır.

Töhfə Səməd

tag: Avropa, İtaliya, Balkanlar, Rusiya, Qış, todaypress.az,