Avropa Qələbə paradına gedən deputatları araşdıracaq
Avropa Parlamenti Moskvada keçirilən Qələbə paradında iştirak edən bir qrup avropalı deputata qarşı rəsmi araşdırma başladıb.
TodayPress xəbər verir ki, bu barədə Kiprdən olan Avropa Parlamenti üzvü Fidias Panayotu sosial şəbəkə “X” hesabında məlumat verib.
“Moskvaya digər avrodeputatlarla etdiyimiz səfər Avropa Parlamentində ciddi narazılıq yaradıb. Artıq bizim barəmizdə araşdırma başladılıb” deyə Panayotu paylaşımında yazıb.
Deputat paylaşmasında rusları “qardaş xalq” adlandıraraq, rus və yunan xalqları arasında din və mənəvi dəyərlərin ortaq olduğunu vurğulayıb.
Qiymət Mahir
tag: Avropa ,Aİ,Qələbə paradı, Moskva ,Araşdırma,todaypress.az,