Avropa Parlamenti Türkiyəni “ikili oyun”da ittiham etdi

Dünya

08.08.2024 11:36

Avropa Parlamentinin (AP) Kiprdən olan üzvü Lukas Furlas Türkiyəni “ikili oyun” oynamaqda günahlandırıb.

TodayPress xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb. 

Onun sözlərinə görə, Ankara Rusiya ilə əlaqələri saxlamaqla yanaşı, Ukraynanı silahla təmin edir.

Buna görə də Türkiyənin Avropa Parlamentində üzv olmaq üçün etibarsız namizəd sayıla biləcəyini bildirib.

Xatırladaq ki, Lukas Furlas, AP-dəki “erməni dostluq qrupunun” rəhbəridir.

Töhfə Səməd

tag: Avropa Parlamenti, Ankara, Rusiya,Ukrayna, Türkiyə, todaypress.az,