Avropa Parlamenti Macarıstana xəbərdarlıq etdi
Dünya
05.08.2024 13:05
Avropa Parlamentinin (AP) 70 nəfərlik üzvü Budapeştin Rusiya Federasiyası və Belarus da daxil olmaqla səkkiz ölkənin vətəndaşları üçün viza rejimini yüngülləşdirməyə dair qərarından sonra Avropa Komissiyasından (AK) Macarıstanın Şengen zonasında iştirakını dayandırmağı tələb edib.
TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Bildirilib ki, Avropa Parlamentinin Çexiya və Litvadan olan deputatları Macarıstanın müvafiq qərarının araşdırılması üçün təcili tədbirlər görülməsinə çağırış edərək, komissiyaya məktub göndəriblər. Məktub müəlliflərinin fikrincə, bu qərar Şengen zonasına üzv ölkələrin vətəndaşlarının təhlükəsizliyini təhdid edə bilər.
Macarıstan sərhədlərində nəzarətin tətbiqi və Macarıstan vizalarının tanınmaması təklif edilib.
Töhfə Səməd
tag: Avropa Parlamenti, Macarıstan, Çexiya, Litva, Şengen, todaypress.az,