Avropa ölkəsi güclü daşqınlar səbəbindən təbii fəlakət elan etdi

Dünya

04.10.2024 22:44

Bosniya və Herseqovina əyalətin cənub-qərb hissəsindəki Herseqovina-Neretva vilayətində güclü daşqınlar səbəbindən təbii fəlakət elan edib.

 

TodayPress xəbər verir ki,  bunu ölkə rəhbərliyi oktyabrın 4-də keçirdiyi mətbuat konfransında açıqlayıb.

 

Təbii fəlakət güclü yağışlar və torpaq sürüşməsi nəticəsində baş verib. Daşqından ən çox Yablanitsa bələdiyyəsi zərər çəkib. Nəticədə çoxlu sayda evlər və yollar dağılıb,

 

Məlumata görə, ölənlərin  və itkin düşənlərin dəqiq sayı məlum deyil.

 

Daşqından zərər çəkmiş bölgələrə ordu, eləcə də insanların təxliyəsi üçün helikopter göndərilib.

 

Bosniya və Herseqovina Federasiyasının baş nazirinin müavini bildirib ki, FBİH-ə məxsus Bh Telecom şirkəti təbii fəlakətdən zərər çəkmiş ərazilərə yardım üçün təxminən 750 min avro göndərəcək.

 

Aynur TAC

tag: Bosniya, Herseqovin, Fəlakət, Torpaq Sürüşməsi, todaypress.az,