Avropa ölkələri seçkilərə müdaxilə ilə bağlı çağırış etdi

Dünya

30.01.2025 19:30

Avropa İttifaqının (Aİ) 12 ölkəsinin nazirləri Avropa Komissiyasını (AK) qarşıdan gələn seçkiləri xarici müdaxilələrdən qorumaq üçün səlahiyyətlərindən istifadə etməyə çağırıb. 

TodayPress xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Məktub Fransa, Almaniya, Niderland, Belçika, Kipr, Xorvatiya, Çexiya, Danimarka, Yunanıstan, Rumıniya, Sloveniya və İspaniyanın nazirlərinin iştirakı ilə hazırlanıb.

Onlar AK-ni xarici informasiya manipulyasiyalarına və müdaxilələrinə qarşı mübarizə aparmaq üçün xüsusi orqan yaratmağa çağırıblar. 

"Əsas seçki tədbirləri zamanı xarici müdaxilə təhlükələrinin qızışması və ictimai müzakirələrə pozucu müdaxilələr sabitliyimizə və suverenliyimizə birbaşa çağırışdır" deyə bildirilib. 

Avropalı diplomatların yazdığı məktubda Rusiya və Çin tərəfindən təşkil edildiyi iddia edilən son seçki insidentləri ilə bağlı təcili tədbirlər görülməsi çağırışı edilib. 

Töhfə Səməd

tag: Avropa İttifaqı,AK,Suveren,Çexiya,Seçki,Todaypress.az,