Avropa Komissiyasının rəhbəri Kiyevdədir

Dünya

20.09.2024 09:51

Avropa Komissiyasının rəhbəri Ursula Fon der Leyen Ukraynanın paytaxtı Kiyevə rəsmi səfərə gəlib. 

TodayPress xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Mən bura Avropa dəstəyini müzakirə etmək üçün gəlmişəm. Qışa hazırlıq, müdafiə, ilhaq və G7-dən kreditlərin alınması kimi mövzuları müzakirə edəcəyik” deyə o, yazıb.

Avropa Komissiyasının rəhbərinin Ukraynanın enerji təhlükəsizliyini müzakirə etmək üçün Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcəyi gözlənilir.  

Günəş Mərd

tag: Zelenski, Avropa ,Ukrayna , Ursula Fon der Leyen, Kiyev ,todaypress.az,