Avropa Komissiyasının işə başlayacağı tarix bəlli oldu

Dünya

21.11.2024 13:06

Ursula fon der Leyenin rəhbərlik etdiyi Avropa Komissiyası 2024-cü il dekabrın 1-də yenilənmiş tərkibdə işə başlayacaq. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, Avropa Parlamentinin siyasi qruplarının liderləri Avropa Komissiyasının yenilənmiş tərkibi ilə bağlı razılığa gələ biliblər. 

Parlamentin plenar iclasında yekun səsvermə noyabrın 27-də Strasburqda keçiriləcək. Məhz bu görüş zamanı yeni Avropa komissarlarının namizədliyi rəsmən təsdiqlənəcək və bundan sonra qurum öz işinə başlaya biləcək.

Qeyd edək ki, bundan öncə Avropa Parlamentində keçirilən dinləmələr zamanı Avropa Komissiyasının vitse-prezidenti vəzifəsinə altı namizəd dəstək verməkdə çətinlik çəkdiyi üçün sosialistlər və sosial-demokratlar ölkənin hakim sağ partiyasından italiyalı Raffaele Fittonun namizədliyini təsdiqləmək istəməyiblər. 

Eyni zamanda sağ mərkəzçi Avropa Xalq Partiyası bloku İspaniyanın hazırkı ətraf mühit naziri və Valensiyada son fəlakətli daşqın zamanı fəaliyyətsizlikdə ittiham olunan sosialist Teresa Riberanın namizədliyinə qarşı çıxıb.

Günəş Mərd

tag: Avropa Komissiyası, İtaliya, Parlament, Valensiya,Ursula fon der Leyen, todaypress.az,