Avropa Komissiyasından Durov işinə laqeyd münasibət

Dünya

26.08.2024 15:20

Avropa Komissiyası Fransada saxlanılan “Telegram”ın yaradıcısı Pavel Durovun işi ilə bağlı şərh verməkdən imtina edib.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

"Bu, milli araşdırmadır, biz bunu şərh etmək fikrində deyilik. Yaxşı olardı ki, məsələ ilə bağlı Fransa rəsmilərinə müraciət edilsin" deyə bildirilib. 

Avropa rəsmiləri Pavel Durovun saxlanılmasını şəxsi məsələ hesab edir.

Töhfə Səməd

tag: Avropa Komissiyası, Fransa, Pavel Durov, Telegram, Avropa Rəsmiləri, todaypress.az,