Avropa Komissiyası Moldovadakı seçkilərə müdaxilədə şübhəli bilinir
Dünya
07.11.2024 10:00
Avropa Parlamentinin (AP) Almaniyadan olan üzvü Kristin Anderson Moldovada keçirilən prezident seçkilərinə avropalı məmurların müdaxiləsi və Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı səsvermənin mümkünlüyünü açıqlayıb.
TodayPress xəbər verir ki, AP deputatı Avropa Komissiyasına (AK) müraciətində “Aİ maliyyəsinin Moldovaya yeridilməsi – hüquqi dəstək, yoxsa seçkilərə müdaxilə?” başlıqlı müraciətində şübhələrini bölüşüb.
“Moldovadakı prezident seçkiləri və Avropa İttifaqına üzvlüklə bağlı referendum demək olar ki, bərabər nəticələrlə başa çatdı. Seçicilərin demək olar ki, 50 faizi Avropa İttifaqına qoşulmağa qarşı çıxdı. Səsvermədən bir müddət əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kişinyova səfər edib və maliyyələşdirmə üçün 1,8 milyard avro ayıracağını vəd edib” deyə Anderson xatırladıb.
Bu faktı nəzərə alaraq, AP Avropa Şurasından Rusiya və ya Çin tərəfindən oxşar hərəkətlər edilərsə, onun necə reaksiya verəcəyi sualına cavab verməsini xahiş edir. “Rusiya və ya Çin mühüm seçkilər öncəsi Avropa ölkələrinə nəticəyə təsir etmək üçün milyardlarla dollar yardım vəd etsəydi, Komissiya nə düşünərdi?” deyə Avropa Parlamentinin almaniyalı üzvü soruşub.
Noyabrın 4-də Moldovada keçirilən prezident seçkilərində respublikanın hazırkı rəhbəri Maya Sandu qalib gəlib. Protokolların 100 faizinin işlənməsinin nəticələrinə əsasən, Sandu 55,33 faiz səs toplayaraq prezident seçkilərində qalib olub. Onun rəqibi, ölkənin keçmiş baş prokuroru Aleksandr Stoyanoqlonu ikinci turda seçicilərin 44,67 faizi dəstəkləyib.
Ötən seçkiləri şərh edən Dmitri Peskov bəyan edib ki, səsverməni ədalətli, şəffaf və demokratik saymaq olmaz. Kremlin sözçüsünün fikrincə, proses seçki manipulyasiyaları ilə dolu olub.
Töhfə Səməd
tag: Moldova, Seçki, Prezident, Sandu, todaypress.az,