Avropa İttifaqından Qırğızıstana XƏBƏRDARLIQ
Dünya
05.08.2024 16:14
Avropa İttifaqı Qırğızıstana Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaların şərtlərini pozmamağı tövsiyə edir.
TodayPress xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Jeenbek Kulubayev bildirib.
“Aİ-nin xarici işlər üzrə nümayəndəsi Cozep Borrelin Bişkekə son səfəri zamanı əsasən ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Aİ səlahiyyətliləri, həmçinin Rusiyaya qarşı sanksiyaları pozmamaq barədə Qırğızıstana xəbərdarlıq ediblər” deyə Kulubayev əlavə edib.
Nazirin sözlərinə görə, Borrelin Bişkek səfəri ticarət həcminin, eləcə də tranzit imkanlarının artırılması məsələlərinin müzakirə olunması baxımından faydalı olub.
Qeyd edək ki, Borrell avqustun 3-də Bişkekdə işgüzar səfər edib.
Günəş Mərd
tag: Avropa İttifaqı, Borrel ,Rusiya,Jeenbek Kulubayev , Qırğızıstan, todaypress.az,