Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

Dünya

17.01.2025 23:54

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək, çünki bu, ittifaqın mövqeyini zəiflədə bilər.

 

TodayPress “AFP” yə istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.


“Onlardan imtina etmək çox qəribə olardı... Danışıqlar olsa, biz istər-istəməz özümüzü daha zəif vəziyyətdə görəcəyik” Kallas qeyd edib.

tag: Avropa İttifaqı, Rusiya, Sanksiya, Kaya Kallas, İttifaq, todaypress.az,