Avropa İttifaqı ölkələri Rusiyadan LNG alışını kəskin artırdı
“Avropa İttifaqı ölkələri son aylarda
Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) alışını kəskin artırıb. Çox güman
ki, 2024-cü ildə qaz idxalı 2023-cü ilə nisbətən daha yüksək olacaq”.
TodayPress xəbər verir ki, bunu Aİ-nin enerji
nazirlərinin Lüksemburqda keçirilən görüşünün yekunlarına dair mətbuat
konfransında Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.
“Biz görürük ki, son aylarda Rusiyadan qaz tədarükü
uzunmüddətli təmaslardan gözləniləndən xeyli yüksək olub. 2024-cü ildə Rusiya
qazının idxal səviyyəsinin 2023-cü ildən yüksək olacağı ehtimalı yüksəkdir. Mən
nazirlərə müraciət etdim, hələ gec deyil və oktyabrın ortalarıdır, bu
tendensiyanı dəyişmək və ili 2023-cü ildən daha aşağı idxalla başa vurmaq hələ
də mümkündür” deyə o vurğulayıb.
tag: Rusiya, Avropa İttifaqı, LNG, Lüksemburq, todaypress.az,