Avropa İttifaqı "7 LNG" tankerini sanksiya paketinə daxil etdi
Dünya
16.12.2024 20:31
Avropa İttifaqı (Aİ) mayeləşdirilmiş təbii
qaz (LNG) daşıyan yeddi tankeri sanksiya siyahısına daxil edib.
TodayPress xəbər verir ki, bu barədə
"İnterfaks" məlumat yayıb.
Məlumata görə, onlardan biri "Yamal LNG"
layihəsi üzrə "Christophe de Margerie" tankeridir. "Yamal
LNG" layihəsi üçün ümumilikdə 15 belə tanker sifariş edilib.
Bundan əlavə, “Pioneer”, “La Perouse”, “North Way”,
“North Sky”, “North Air” və “North Mountain” LNG tankerləri də sanksiyalara
məruz qalıb.
Qeyd olunur ki, “North Air”, “North Mountain”, “North
Sky”, “North Way” və “Pioneer” tankerləri ABŞ-nin, “Pioneer”, “North Sky”,
“Nova Energy” və “La Perouse” tankerləri isə Böyük Britaniyanın sanksiyaları
altındadır.
tag: Tanker, Böyük Britaniya, Yamal LNG, Qaz,North Air,Sanskiya, todaypress.az,