Avropa İttifaqı 60 min ukraynalı hərbçiyə təlim keçdi
Dünya
17.09.2024 13:14
Avropa İttifaqı ölkələri 2022-ci ilin noyabr ayından bəri Aİ ərazisində Ukrayna Silahlı Qüvvələrinin 60 minə yaxın hərbi qulluqçusuna təlim keçib. Qışın sonunadək daha 15 min ukraynalı hərbçiyə təlim keçilməsi planlaşdırılır.
TodayPress xəbər verir ki, Avropa Komissiyasının (AK) mətbuat xidməti bu barədə AK rəhbərinin müavini Valdis Dombrovskisə istinadla məlumat yayıb.
Qeyd olunub ki, missiyanın yeni hədəfi qışın sonunadək daha 15 min ukraynalı hərbçiyə təlim keçməkdir. Beləliklə, Ukrayna Silahlı Qüvvələrinin Avropa İttifaqında təlim keçən hərbçilərinin sayı 75 minə çatacaq.
Qeyd edək ki, Avropa İttifaqının diplomatik xidməti missiyanın müddətini 2026-cı ilin noyabrınadək uzatmağı tövsiyə edib.
tag: Avropa İttifaqı ,Ukrayna, Təlim ,Silahlı Qüvvələr ,Diplomatik xidmət ,todaypress.az,