Avropa elektromobillərə keçiddə büdrədi

Dünya

06.09.2024 14:24

Bazarda əlçatan və ucuz modellərin çatışmazlığı səbəbindən avropalıların daxili yanma mühərrikli avtomobillər əvəzinə elektrik avtomobillərinə keçidi dayanmağa başlayıb.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, avtomobil istehsalçıları elektromobillərin istehsalına keçidlə bağlı çətinliklərlə üzləşməyə başlayıblar. Dövlətin stimullaşdırıcı tədbirləri azaldığı üçün müştərilərin bu nəqliyyat növünə marağı daha da zəifləyib. Nəticədə satışlar kəskin azalıb. 

İyul ayında regionda akkumulyatorla işləyən avtomobillərin tədarükü 10 faizdən çox aşağı düşüb. 

Nəşr etiraf edir ki, Avropa avtomobil sənayesinin gələcəyi üçün qlobal bazarda geri çəkilmək riski daşıyır.

Töhfə Səməd

tag: Avropa ,Bazar, Akkumulyator, Sənaye, Avtomobillər ,todaypress.az,