Avropa diplomatiyasının yeni rəhbəri Rusiya ilə görüşdən imtina etdi

Dünya

05.12.2024 17:04

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Maltada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş keçirməyi planlaşdırmır. 

TodayPress xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Anitta Hipper bildirib.

“Mən təsdiq edə bilərəm ki, Kaja Kallas ilə Sergey Lavrov arasında heç bir əlaqə olmayacaq” deyə rəsmi bildirib.

Töhfə Səməd

tag: Sergey Lavrov ,Avropa İttifaqı, Kaja Kallas ,Təhlükəsizlik ,todaypress.az,