Avropa avtomobil sənayesində ciddi böhran olduğunu etiraf etdi
Dünya
02.02.2025 11:00
Avropa avtomobil sənayesində dərin böhran olduğunu etiraf etdi.
TodayPress xəbər verir ki, müvafiq bəyanatı Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen avtomobil konsernilərinin rəhbərlərinə və milli liderlərə müraciətində verib.
O, Aİ avtomobil sənayesini xilas etmək üçün strategiyaya çağırıb.
“Avropa avtomobil sənayesi çətin böhran içindədir və biz onun üzləşdiyi çətinlikləri dərk edirik. Ona görə də biz onları həll etmək üçün tez hərəkət etməliyik” deyə bildirilib.
Avropa Komissiyasının rəhbəri əlavə edib ki, martın 5-də bazar iştirakçıları arasında dialoqun nəticələrinə əsaslanan hərtərəfli Fəaliyyət Planı təqdim olunacaq. O, sənayenin Avropada çiçəklənməsini və dünya miqyasında uğurla rəqabət aparmasını təmin edəcək kursu müəyyənləşdirməlidir.
Töhfə Səməd
tag: Avropa ,Avtomobil,Sanaye,Aİ,Ursula fon der Lyayen,todaypress.az,