Avropa artan terror təhdidləri fonunda Paris Olimpiadasına hazırlaşır

Dünya

27.07.2024 09:59

951

Olimpiya Oyunları üçün milyonlarla ziyarətçi Parisə səfər etsə də, terror aktları ilə bağlı narahatlıq yüksək səviyyədədir. 

TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb. 

Bildirilib ki, Olimpiada üçün hər gün təxminən 35 min polis və jandarm səfərbər edilib. Açılış mərasimi üçün bu rəqəm 18 min əsgərlə birlikdə 45 minə yüksəlib.

Belçika Dövlət Təhlükəsizlik Xidmətinin 2023-cü il hesabatında, Olimpiadanın terror hücumları üçün potensial hədəf ola biləcəyi barədə xəbərdarlıq edilib. Buna görə də bir sıra Avropa ölkələrinin kəşfiyyat xidmətləri Parisə zabitlərini göndərib. 

Fransanın daxili işlər naziri Jerar Darmaninin bildirib ki, daxili təhlükəsizlik qüvvələrini dəstəkləmək üçün 44 ölkədən 1750 polis zabiti ezam edilib. 

Hollandiya hökuməti isə Fransa üçün səyahət məsləhət reytinqini yaşıldan sarıya qaldırıb. O, Hollandiya vətəndaşlarını, xüsusən də Olimpiadaya gələnləri diqqətli olmağa çağırıb.

Töhfə Səməd

tag: Avropa, Olimpiya, Belçika, Fransa, Paris, todaypress.az,