Avropa ABŞ üçün Ukrayna ilə bağlı qırmızı xətlər çəkdi
Avropa ölkələrinin nümayəndələri keçən həftə Amerika tərəfi ilə görüş zamanı Ukrayna və Rusiya arasında potensial sülh sazişinin hansı aspektlərinin onlar üçün danışıqlar mövzusu olmayacağını açıqlayıblar.
TodayPress xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan Noel Baron deyib.
"Bizi maraqlandıran yeganə məqsəd Fransanın maraqlarının və Avropanın təhlükəsizliyinin qorunmasıdır. Ona görə də ABŞ vasitəçi mövqeyi tutmaq qərarına gələndə onlara qırmızı xətlərimizin nədən ibarət olduğunu eşitdirdik" deyə o bildirib.
Töhfə Səməd
tag: Avropa,ABŞ,Ukrayna,Rusiya,Todaypress.az,