Avrasiya ilə Ərəbistan yarımadası arasındakı okean plitəsində boşluq tapıldı

Dünya

30.01.2025 18:10

Keçmiş Neo-Tetis okeanının dibi İraq və Türkiyə arasında çökəklik yaradıb. 

TodayPress xəbər verir ki, bu barədə "Solid Earth” elmi jurnalı məlumat yayıb. 

Alman mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu İraqdakı Zaqros dağlarının yer səthinə necə təsir etdiyini öyrənib.   

Onlar müəyyən ediblər ki, yerin dərinliklərində qədim Neo-Tetis okeanının plitəsində qopma var.  Ərəbistan yarımadasının Avrasiya ilə qovuşduğu Zaqros dağlarında yaranan gərginlik zamanı yer səthi aşağıya doğru əyilib.   

Tədqiqatçılar müəyyən ediblər ki, təkcə dağların çəkisi son 15 milyon il ərzində əmələ gələn və 3-4 km dərinlikdəki çökəkliyin yaranmasına səbəb ola bilməz.   

Mütəxəssislər belə qənaətə gəliblər ki, bu çökəklik qədim Neo-Tetis okeanının dibinin qopması nəticəsində yaranıb. 

Alimlərin fikrincə, kəşf mantiyada və planetin səthində baş verən proseslər arasında əlaqəni üzə çıxarıb.   

Araşdırmanın nəticələri faydalı qazıntıların axtarışında, geotermal enerjinin öyrənilməsində və zəlzələlərin proqnozlaşdırılmasında, həmçinin Yerin digər bölgələrində kontinental toqquşmaların təsirini başa düşməkdə faydalı ola bilər. 

Nicat Osman

tag: Araşdırma,Alim,Maraqlı,Okean ,Neo-Tetis,Todaypress.az,