Atlantik okeanı sahillərində batan 89 miqrantın cəsədini çıxarıldı

Dünya

06.07.2024 04:00

Mavritaniya rəsmiləri tərəfindən Atlantik okeanında 89 miqrantın cəsədi tapılıb, onlarla miqrant itkin düşüb.

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, xilasetmə əməliyyatı zamanı 5 yaşlı qız da daxil olmaqla 9 nəfər xilas edilib.

“Mavritaniya sahil mühafizəsi ölkənin cənub-qərbindəki Ndiaqo şəhərindən təxminən dörd kilometr aralıda 1 iyul bazar ertəsi günü Atlantik okeanı sahilində çevrilən böyük ənənəvi balıqçı qayığında olan 89 nəfərin cəsədini çıxarıb” deyə ölkənin dövlət xəbər agentliyi məlumat yayıb.

Mavritaniya Qərbi Afrikadan Avropaya çatmağa çalışan miqrantlar üçün əsas tranzit nöqtəsidir. Keçən il bu ölkədən minlərlə qayıq yola düşmüşdü.

tag: todaypress.az, Mavritaniya, Miqrantlar, Atlantik okeanı, Avropa,