Atışma nəticəsində 1 nəfər öldü, iki nəfər yaralandı

Dünya

05.07.2024 04:10

Bolqarıstanın paytaxtında baş verən atışma nəticəsində 1 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

TodayPress xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən “Xinhua” xəbər agentliyinə verilən məlumatda qeyd olunub.

İlkin məlumata görə, bir neçə nəfər arasında baş verən davanın ardınca atəş açılıb. Nəticədə 48 yaşlı kişi hadisə yerində həyatını itirib, 22 və 41 yaşlı iki nəfər isə yaralanıb.

Araşdırmalar davam etdirilir.

Nəzrin Cavadzadə

tag: Atışma, Bolqarıstan, Xinhua, Silah,todaypress.az,