ATƏT PA prezidenti çətin vəziyyətdə
Dünya
09.01.2025 11:34
“ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma Gürcüstan məsələsində daxili və xarici aktorların koordinasiyası fonunda çətin vəziyyətdə qalıb”.
TodayPress “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.
Onun sözlərinə görə, ATƏT PA rəhbəri Gürcüstana planlaşdırılan səfərini təxirə salıb. Kauma Gürcüstan hökuməti, müxalifəti və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşlər keçirmək istəsə də, sonra bundan imtina edib.
Qeyd edək ki, bir neçə gün öncə ATƏT Parlament Assambleyasının (PA) prezidenti Pia Kauma yanvarın 8-də Gürcüstana nəzərdə tutulan səfərini qeyri-müəyyən vaxta təxirə salıb. O, bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
Bundan əvvəl müxalifətin “Güclü Gürcüstan”, “Dəyişiklik Uğrunda” və “Birlik – Milli Hərəkat” koalisiyaları Kaumanı Gürcüstana səfərini təxirə salmağa çağırıb. Bildirilib ki, səfər yalnız Gürcüstanda yeni prezident seçkilərinə hazırlıq prosesinə töhfə verəcəyi təqdirdə məqsədəuyğun hesab ediləcək.
Günəş Mərd
tag: ATƏT ,Gürcüstan ,müxalifət ,Səfər, todaypress.az,