ATƏT Gürcüstanda parlament seçkilərinin monitorinqinə başlayır
Dünya
12.09.2024 18:15
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyası Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidə missiyasına başlayıb.
TodayPress xəbər verir ki, bu barədə ölkədəki missiyanın rəhbəri Oven Mörfi məlumat yayıb.
"Məqsədimiz qərəzsiz olmaqdır” deyən Mörfi əlavə edib ki, qiymətləndirmə meyarları beynəlxalq standartlar və milli qanunvericilikdir. Onun sözlərinə görə, missiya insan haqları təşkilatlarının Tbilisiyə verdiyi tövsiyələri nəzərə alacaq.
Müşahidəçilər missiyasının rəhbərinin sözlərinə görə, DTİHB seçkilərə iki həftə qalmış müvəqqəti müşahidəçi hesabatını dərc edəcək. Səsvermənin nəticələrinə dair yekun hesabatın hazırlanması isə iki-üç ay çəkəcək.
Töhfə Səməd
tag: ATƏT, Gürcüstan, Tbilisi, DTİHB, Morfi ,todaypress.az,