Atəş açan nazir istefa verdi

Dünya

19.01.2025 13:05

Xorvatiya Baş nazirinin müavini və kənd təsərrüfatı naziri Josip Dabro istefa verib.

TodayPress xəbər verir ki, Josip Dabro bu barədə “Facebook”da paylaşım edib.   

Qeyd edək ki, bir gün öncə sağ yönümlü Vətən Hərəkatı Partiyasından hökumətdə təmsil olunan 42 yaşlı Josip Dabronun avtomobilin pəncərəsindən tapança ilə atəş açdığını əks etdirən görüntü yayılıb.

Josip Dabro paylaşımında bildirib ki, görüntü bir neçə il əvvələ aiddir, tapançadan boş patrondan atəş açılıb.   

Xorvatiya hökuməti onun davranışlarını “uyğunsuz və məsuliyyətsiz” adlandırıb.

Sabiq nazir istefa məktubunda hökuməti işini davam etdirməyə çağırıb. 

Nicat Osmana

tag: Xorvatiya, Josip Dabro ,Vətən Hərəkatı Partiyası,Nazir ,Todaypress.az,