Asteroid Yerlə toqquşa bilər

Dünya

29.01.2025 11:08

Ötən ilin dekabrda astronomlar tərəfindən kəşf edilən “2024 YR4” asteroidi 2032-ci ildə Yerlə toqquşa bilər.

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb. 

Məlumata görə, 33 gündür müşahidə olunan asteroidin 2032-ci il dekabrın 22-də Yerlə toqquşma ehtimalı  0,5-6% arasında qiymətləndirilir. 

Asteroid Mərkəzi Afrika və ya Atlantik okeanı bölgəsinə düşərsə, 30 km radiusda olan evlər dağıla bilər.

Xatırladaq ki, “2024 YR4” asteroidi dekabrın 27-də Çilidə “ATLAS” rəsədxanasında kəşf edilib. Göy cisminin diametri təxminən 70 metrdir.

Nicat Osman

tag: Asteroid,Toqquşma,Yer,Cism,Okean,Todaypress.az,