Astanada fırtına infrastrukturuna ziyan vurdu
Bu gün Qazaxıstanın paytaxtı Astanada güclü
külək infrastruktura ziyan vurub.
TodayPress xəbər verir ki, pis hava şəraiti ilə
əlaqədar paytaxt məktəblərində dərslərin müddəti azaldılıb, xilasedicilər
sakinləri təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb.
Sinoptiklərin məlumatına görə, gücü saniyədə 23-28 metrə
çatan cənub-qərb küləyi arabir saniyədə 30 metrə qədər güclənir.
Hadisə şahidlərinin sözlərinə görə, külək kranları və
dayanacaqları aşırıb. Küçələrin birində evin fasadının bir hissəsi avtomobilin
ön şüşəsinin üzərinə düşüb.
tag: Qazaxıstan, Ekologiya, Astana, Fırtına, Məktəb, todaypress.az,